Sabiq daxili işlər nazirinin qardaşı HƏBS EDİLDİ – SƏBƏB

14 Noyabr, 2018, 9:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov həbs edilib.

Hurriyyet.org bildirir ki, bu barədə məlumatı Azinforum.az etibarlı qaynaqlardan əldə edib. Əvəz Əhmədov uzun müddətdir ki, Bakıda yaşayır və biznes fəaliyyətilə məşğul olur. Onun paytaxtın bir neçə yerində müxtəlif profilli ticarət və iaşə “obyektləri” fəaliyyət göstərir. Əvəz Əhmədovun hansı qurum tərəfindən saxlandığı və hansı cinayət əməlini törətməkdə ittiham edildiyi ilə bağlı hələ ki, heç bir rəsmi məlumat verilməyib.

Əvəz Əhmədovun həbs edilməsinə səbəb başqa bir iş adamı ilə aralarında yaranmış pul mübahisəsi olub. Bunun da nəticəsində həmin iş adamı sabiq nazirin qardaşından hüquq-mühafizə orqanlarına şikayət verib. Həmçinin qeyd edilir ki, Əvəz Əhmədova Bakı şəhərində fəaliyyət göstərən “obyektlərində” külli miqdarda vergidən yayınma ittihamı da irəli sürülüb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93