Salam, xoş gəlmisiniz.

Sabiq nazir saxlanıldı - Qətldə günahlandırılır

2020-03-25 17:04:00

Sabiq nazir saxlanıldı - Qətldə günahlandırılır

Ukraynanın keçmiş Xarici İşlər naziri Leonid Kojara saxlanılıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko bildirib ki, L. Kojara evində planlaşdırılmış qətl törətməkdə şübhəli sayılır.

Hazırda sabiq Xarici İşlər naziri məhkəməyə aparılır.

Qeyd edək ki, “Atlantic Group” şirkətinin direktoru 56 yaşlı Sergey Staritskiy bir ay əvvəl L. Kojaranın evində ölüb. Polis öncə intihar versiyasını nəzərdən keçirsə də, daha sonra bunun qətl olduğu üzə çıxıb. Qətldə sabiq nazir şübhəli bilinir.

L. Kojara 2012-2014-ü illərdə Ukraynanın Xarici İşlər naziri olub./apa/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93