Salam, xoş gəlmisiniz.

Sabiq nazirlərin milyardları taladıqları iddiasına Baş Prokurorluqdan CAVAB

2019-09-10 11:27:46

Sabiq nazirlərin milyardları taladıqları iddiasına Baş Prokurorluqdan CAVAB

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmişdə uzun müddət nazir vəzifəsində çalışanları tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələrini bildirməsi ilə bağlı müxtəlif fikirlər yayılıb. Bəziləri Siyavuş Novruzovun bu açıqlaması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.

Baş Prokurorluq tərəfindən deputatın səsləndirdiyi fikirlərlə bağlı araşdırmaların aparılıb-aparılmadığını dəqiqləşdirmək üçün qurumun Mətbuat xidməti ilə əlaqə saxladıq.

Trend-ə özəl açıqlamasında Baş Prokurorluğun rəsmisi Eldar Sultanov bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar Baş Prokurorluqda hər hansı araşdırmalar aparılmır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru