Salam, xoş gəlmisiniz.

Sahibkarla bağlı yeni qayda və qanunların 1 il sonra qüvvəyə minməsi təklif edilir

2020-03-25 11:23:00

Sahibkarla bağlı yeni qayda və qanunların 1 il sonra qüvvəyə minməsi təklif edilir

Azərbaycanda sahibkarların fəaliyyətini ağırlaşdıran qaydalar və qanunların 1 il sonra qüvvəyə minməsi təklif edilir.

Hurriyyet.org apa-ya istinadla xəbər verir ki, , bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri müəyyən edən dəyişikliklər qəbul edilərkən, onların 1 il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93