Sakinlər “Azəriqaz”ın əməkdaşlarına mane oldu, polis çağırıldı

22 May, 2020, 14:25
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Mayın 22-də günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 mm diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması zamanı sakinlər “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin və Təmir-tikinti İdarəsinin əməkdaşlarına mane olublar.
“Azəriqaz” İB-dən Hurriyyet.org -a verilən məlumata görə, bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyi bir daha bildirir ki, qaz xətlərinə və sayğaclara istənilən kənar müdaxilə qəti qadağandır. Belə hallar aşkarlandıqca ləğv olunacaq və müvafiq şəkildə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ediləcək.

“Azəriqaz”ın əməkdaşlarına maneə yaradıldı


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93