Salyanda kütləvi dava – 2 nəfər bıçaqlandı

14 Yanvar, 2020, 9:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan şəhəri Zeynalabdin Tağıyev küçəsindəki parkda qeydə alınıb. Belə ki, kütləvi dava zamanı rayonun Bəydili kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Əhmədağa oğlu Qasımov və onun dostu Aşağı Kürkənd kənd sakini, 1995-ci il təvəllüdlü Təhmasib İbad oğlu Şirəliyev tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılar cərrahiyyə şöbəsində əməliyyat olunaraq xəstəxanaya yerləşdirilib.

Tərlan Qasımovun dediyinə görə, marketlərdən bazarlıq etmək məqsədi ilə şəhərə gəlib. Parkın yaxınlığından keçərkən dostu Təhmasib Şirəliyevin tanımadığı 5-6 nəfər tərəfindən döyüldüyünü görüb. Onları ayırmaq istəyərkən bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93