Səbrimiz daşarsa… – Ərdoğandan SƏRT XƏBƏRDARLIQ

13 Sentyabr, 2019, 20:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Təəssüf ki, təhlükəsiz bölgə (Suriyanın şimalında –red.) anlayışı gözləntilərimizə cavab vermir. Səbrimiz daşarsa, başımızın çarəsinə baxmaq məcburiyyətində qalacağıq.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyters” agentliyinə müsahibəsində bildirib.

Prezident İdlib mövzusuna da toxunub: “İdliblə bağlı həssaslığımız və prioritetlərimiz var. Mülki insanlara edilən hücumları yeni qaçqın axını və siyasi həll prosesinin iflas riski olaraq görürük. Hazırda İdlibdəki müşahidə nöqtələrindən geri çəkilməyimiz müzakirə mövzusu deyil. Rejim müşahidə nöqtələrimizə bir hücum edərsə, iş orada çox fərqli bir istiqamətə gedə bilər, indi olduğu kimi dayanmarıq. 3,6 milyon qaçqını saxlayan Türkiyə Suriyadan gələcək milyonlarla insanı da qəbul edə bilməz, bunun öhdəsindən gələ bilmərik”. \\Publika


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93