Seçki ərəfəsində Minskdə xarici muzdlular yaxalandı

0

Belarusun hüquq-mühafizə orqanları bu gün iyulun 29-na keçən gecə Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 muzdlu döyüşçüsü yaxalanıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Belarusun rəsmi BELTA agentliyi bildirir.

Qeyd olunur ki, yaxalanma əməliyyatı gecə keçirilib, amma hansı özəl hərbi şirkətdən söhbət getdiyi açıqlanmır.

Bununla belə Belarus prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində Rusiyaya eyhamla bəzi xarici qüvvələrin onun ölkəsində inqilab həyata keçirməyi planlaşdırdığını deyib.  Lukaşenko “xarici kuklaoynadanlar” haqda dəfələrlə danışıb, prezidentliyə əsas iddiaçılardan ikisi həbs olunub. Eyni zamanda o, Belarusun ərazilərinin bir hissəsini itirə biləcəyi haqda danışıb.