Salam, xoş gəlmisiniz.

“Seçkilər tamamilə ləğv edilməlidir” - NATİQ CƏFƏRLİ

2020-02-13 13:12:00

“Seçkilər tamamilə ləğv edilməlidir” - NATİQ CƏFƏRLİ

“Seçki saxtakarlığında əli olanlar kütləvi şəkildə cəzalanmalıdırlar”

“Məmləkət üçün gözəl şans yaranmışdı, bu hakimiyyət şansı qaçırdı, ölkənin gələcəyini təhdid altına saldı, Qarabağ məsələsini də ciddi baltaladı”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının  icra katibi Natiq Cəfərli deyib.

“Seçki saxtakarlığında iştirak edən hər kəs Qarabağın Azərbaycandan de-jure qoparılmasına zəmin yaratdı”

“Düz 2 ilə yaxındı ki, müxtəlif media qurumlarına verdiyim onlarla müsahibədə xəbərdarlıq edirdim ki, parlament seçkiləri Qarabağ münaqişəsinin xeyrimizə həlli üçün, işğalçıların son 2 ildə öz əməllərinə “demokratik don” geyindirmələrinə qarşı davranmaq üçün bir milad ola bilərdi. 9 Fevralda seçki saxtakarlığında işrirak edən hər kəs Qarabağın Azərbaycandan de-jure qoparılmasına zəmin yaratdılar”,-deyə Cəfərli vurğulayıb.

N.Cəfərli qeyd edib ki, indi, güya, bəzi dairələrin ləğvi söhbətini ortalığa buraxıblar: “Yeməzlər, qatar gedib. Seçkilər tamamilə ləğv edilməli və seçki saxtakarlığında əli olanlar kütləvi şəkildə cəzalanmalıdırlar”.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93