Səfər Mehdiyev Masallı görüşündə arxa qapıdan qaçdı – Skandal

31 Avqust, 2019, 20:38
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Avqustun 29-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin Masallıda sahibkarlarla görüşü skandala səbəb olub.

Hurriyyet.org xəbər verir ki, Reportyor.info-ya məlumat verən iş adamlarının sözlərinə görə, rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda izdiham müşahidə edilib. S.Mehdiyev xeyli sayda sahibkarın növbəyə dayanaraq onunla görüşmək istəməsinə görə qəbulu yarımçıq qoyub. Masallıda cəmi 4 iş adamı onun qəbuluna düşə bilib və komitə sədri arxa qapıdan aradan çıxıb. Onlarla şikayətçi isə DGK sədri ilə görüş tələb etsə də, qəbulun yarımçıq dayandırılmasının səbəbi məsul şəxslər tərəfindən heç bir əsasla izah verilməyib. Sahibkarların ədə etdiyi məlumatda deyilir ki, S.Mehdiyev onun üçün Masallıda təşkil olunan ziyafətdən də narazı qalıb. Bu tədbirin təşkilatçılığının Bakı şəhər Baş Gömrük İdarəsində çalışan, Masallıda iş adamı Xudayar bəyin oğluna həvalə edildiyi bildirilir.

Lakin onun açdığı süfrədən narazılıq etmiş gömrük rəisi möhkəm qəzəblənib və rayonu tərk edib. Sahibkarların isə üzləşdiyi problemlərlə bağlı S.Mehdiyevə danışmaq arzusu ürəklərində qalıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93