Salam, xoş gəlmisiniz.

Senat bin Salmanı Kaşıkçının qətlində ittiham etdi - Səudiyyədən etiraz gəldi: “Axı İrana qarşı sizi dəstəkləyirik”

2018-12-17 12:35:32

Senat bin Salmanı Kaşıkçının qətlində ittiham etdi - Səudiyyədən etiraz gəldi: “Axı İrana qarşı sizi dəstəkləyirik”

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanı ABŞ Senatının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Camal Kaşıkçının qətlində məsiliyyət sahibi hesab edən qanun layihəsinin qəbul edilməsinə sərt etirazını bildirib, qərarın “əsassız və dəlil-sübutsuz iddialar nəticəsində” verildiyini irəli sürüb.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilir: “Səudiyyə Ərəbistanı ABŞ Senatının nümayiş etdirdiyi əsassız, həqiqətə uyğun olmayan iddialara əsaslanan, Riyadın daxili işlərinə hədsiz şəkildə müdaxilə edən və Səudiyyə Ərəbistanı Krallığının regional, beynəlxalq roluna zərər verən mövqeyini rədd eləməkdədir”.

Riyadın “ABŞ ilə əməkdaşlıq eləməyə hazır” olduğuna işarə edilən açıqlamada, “dost ölkənin qanunvericilik orqanının qərarından narahatlıq hiss edildiyi” bəyan edilib, Səudiyyə Ərəbistanının “daxili işlərinə müdaxiləni, iqtidarını, kralını və vəliəhd şahzadəsini töhmət altında qoyacaq və gözdən salacaq hər cür ittihamı rədd elədiyi” qeyd edilib.

İrana qarşı Birləşmiş Ştatlarla əlbir siyasət aparmasının Kaşıkçı cinayətinin araşdırılması zamanı nəzərə alınmasını istəyən Səudiyyə Ərəbistanının açıqlamasında deyilir: “Riyad vəkillərinin vasitəsi ilə bölgədəki sabitliyi pozan İranın şər fəaliyyətinə qarşı Vaşinqtonun yanındadır”, Kaşıkçı cinayətinin “ədalət müstəvisindən kənar bir nöqtəyə gətirilməsi cəhdini qəbul eləməyəcəyik”.

ABŞ Senatı vəliəhd şahzadəni təqsirləndirib

Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Kaşıkçının qətlində vəliəhd şahzadə Camal Kaşıkçını müqəssir hesab edən qanun layihəsi ABŞ Senatı tərəfindən ötən həftə qəbul edilmişdi.

Qanun layihəsində Senatın Kaşıkçı cinayətinin təlimatının vəliəhd şahzadə tərəfindən verildiyinə inandığı bildirilib, Riyad hökumətinə “Kaşıkçı cinayətində əli olan hər kəsdən hesab istəmək” çağırışı edilib.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru