SEPAH İraq, Türkiyə və Ermənistanla sərhəddə geniş təlimə başlayıb – Generaldan SƏRT BƏYANAT

22 Avqust, 2019, 13:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Avqustun 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Hurriyyet.org Azərtac-a istinadla xəbər verir ki, təlimlər İranın Qərbi Azərbaycan vilayətində Maku şəhərinin yaxınlığındakı dağlıq ərazidə keçirilir.

SEPAH-ın Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakpur bildirib ki, təlimlərin məqsədi terrorçu qruplaşmaların İran ərazisinə daxil olmasının qarşısını almaqdır: “Bəzi qüvvələr İranda sabitliyi pozub sərvətlərini ələ keçirmək üçün xüsusi terrorçu qruplar hazırlayaraq ölkəyə göndərirlər. Bu qruplar sərhədi qanunsuz yollarla keçərək ölkədə terror aksiyaları törədib əhalini qorxu altında saxlamağa çalışırlar. Lakin SEPAH qüvvələri belə addımların qarşısını qətiyyətlə alacaq”.

Xatırladaq ki, İranın Qərbi Azərbaycan vilayəti İraq, Türkiyə və Ermənistan ilə sərhəddə yerləşir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93