Salam, xoş gəlmisiniz.

Sərxoş avtobus sürücüsü qəza törətdi - BAKIDA

2016-03-13 12:49:30

Sərxoş avtobus sürücüsü qəza törətdi - BAKIDA
[img=left]http://hurriyyet.az/uploads/posts/2016-03/1457859024_h2.jpg
Dünən gecə paytaxtın Nərimanov rayonunda zəncirvari qəza baş verib.
Dövlət yol polis əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman iki minik avtomobilinin sürücülərinin sərxoşluğunu yoxlamaq üçün saxladıblar. Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu həmin avtomobillərə çırpılaraq zəncirvari qəzaya səbəb olub. Qəza zamanı minik avtomobillərindən birinin sürücüsü və sərnişini xəsarət alıb.
Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün sərxoş olduğu müəyyən edilib. Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru