“SetexGroup” şirkətində ÖZBAŞINALIQ – İşçilərlə əmək müqaviləsi bağlanmır, etiraz edənlər işdən azad edilir…

2 İyun, 2020, 15:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“SetexGroup” şirkətində çalışan Bağırova Xalidə Ələddin qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçi şirkət rəhbərliyi tərəfindən qanunsuzluğa məruz qoyulduğunu iddia edir. Onun müraciətini olduğu kimi dərc edirik:

“Cənab prezident!

Hər zaman çıxışlarınızda deyirsiniz ki, ictimai nəzarət güclü olsa, qanunsuzluq edən rəhbərlərlə daha uğurlu mübarizə aparıla bilər. Bu səbəbdən başıma gələn haqsızlıq barədə həm Sizə məlumat vermək, həm də müraciət etmək istəyirəm.

Mən 26.09.2010-cu ildən “SetexGroup” şirkətində qeydiyyatsız çalışırdım. Qeydiyyat tələb etdikdə isə “gərək yoxdur” deyirdilər. Karantin dövrü oldu. 27.04.20 tarixində iş başlayanda, mənə insan resurslarında çalışan xanım “3 saatlıq icazə ilə işləyə bilərsən”, -dedi.

11.05.202-ci ildən 22.05.2020-ci ilədək çalışdım. Lakin bayramdan öncə 22.05.202-də insan resurslarında çalışan xanım heç bir xəbərdarlıq edilmədən, işdən azad olunduğumu bildirdi. Səbəbini soruşanda isə “heç bir səbəb yoxdur” -dedi.

Ümumiyyətlə, rəhbərlik mənim kimilərin haqqını çox pozur, bir çox işçiləri səbəbsiz yerə işdənu zaqlaşdırıblar. Səbəbini soruşanda da bizə kobud cavab veriblər.

Eyni zamanda, şirkət rəhbərliyi daxilində bir neçə şirkət yaradaraq, az xərc çəksin deyə, işçilərin adına vurub. Hətta bir dəfə vergilərdən yoxlama gələndə yuxarıdakı sənədləri gizlətməklə vergi əməkdaşlarını aldada bildilər.

Bütün aidiyyəti orqanlardan xahiş edirəm ki, bu məsələyə biganə qalmasınlar və haqqı əzilən insanlara kömək etsinlər”.

Kənan

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93