Səudiyyə aeroporta hücumla bağlı BMT TŞ-yə şikayət etdi – VİDEO

14 İyun, 2019, 16:01
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Səudiyyə Ərəbistanı Husi yaraqlılarının mülki hava limanına ballistik raket atması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Müraciətdə İranın da "bostanına daş atılıb". İddiaya görə, İran hökuməti "transsərhəd terror aktlarını dəstəkləməyə davam edir və Husi üsyançılarına yardım etməsi beynəlxalq qətnamələrin tələblərini pozur".

Ər-Riyad bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ballistik raket hücumlarının qarşısını almaq və günahkarların beynəlxalq humanitar hüquq əsasında məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz ölçülər götürəcək.

Xatırladaq ki, iyunun 12-də Husi üsyançı hərəkatına aid yaraqlılar Əbha beynəlxalq aeroportunu raket atəşinə tutmuşdu. Raketlərdən birinin liman ərazisinə düşməsi nəticəsində 26 nəfər yaralanmışdı.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93