Salam, xoş gəlmisiniz.

Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm halı qeydə alındı

2020-03-24 17:51:00

Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm halı qeydə alındı

Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanında Yeni tipli koronavirusdan ilk ölüm halı Mədinə şəhərində qeydə alınıb. Bu barədə məlumatı Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin rəsmi təmsilçisi öz “Tvitter” səhifəsində yayıb. O, vəfat edən şəxsin əfqanıstanlı olduğunu bildirir.

Rəsmi açıqlamaya görə, hazırda krallıqda Kovid-19 virusuna yoluxanların sayı 676 nəfərə çatıb.

Hazırda Səudiyyə ərəbistanından üçhəftəlik komendant saatı qüvvədədir – axşam saat 7-dən səhər saat 6-ya qədər yalnız olduqca zəruri hallarda evlərdən çıxmağa icazə verilir. Hər yerdə təhlükəsizlik xidmətlərinin əməkdaşları növbədədirlər.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93