Salam, xoş gəlmisiniz.

Səudiyyə Ərəbistanında təbii fəlakət - 35 NƏFƏR ÖLDÜ

2018-11-22 18:05:49

Səudiyyə Ərəbistanında təbii fəlakət - 35 NƏFƏR ÖLDÜ

Səudiyyə Ərəbistanında aramsız leysan yağışları nəticəsində yaranmış daşqınlar böyük dağıntı və insan itkisinə səbəb olub.

Hurriyyet.org-un məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi bildirib ki, insan tələfatı krallığın 10 regionunda qeydə alınb. Daha çox insan - 11 nəfər Məkkədə həlak olub.

Həmçinin yağışdan ziyan çəkmiş regionlardan 4 mindən çox sakinin təxliyə edildiyi bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri, Qətərdə də güclü siklon müşahidə edildiyi qeyd olunur./trend/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru