“Sevişmək qadağandır!” – Azərbaycanlı həkim

2 İyul, 2020, 17:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Tanınmış həkim Vasif İsmayıl deyir ki, COVİD 19 infeksiyasına yoluxmamağın tək yolu sosial izolyasiyadır.

Hurriyyet.org xəbər verir ki, o, bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb:

“Sevişmək qadağandır.

Azərbaycanda virus epidemiyası mümkün olan bütün sərhədləri aşdı. Sosial məsafə çöldən evinizə qədər girdi. Evdən gündə bircə dəfə də olsa çölə çıxan biri varsa, risk yenə də yuxarıdır.

Artıq sadəcə çöldəkilərlə deyil, eyni zamanda ev əhalisi ilə də sosial məsafə saxlayacaqsınız.

Uşaqları öpərək qarşılamağa bir müddət (ən az 2 ay) ara verəcəksiniz.

Yaşlılarla öpüşərək görüşməyə bir müddət (ən az 2 ay) ara verəcəksiniz.

Sevişmək qadağandır.

Çöldə isə özünüzü kosmonavt kimi aparacaqsınız. Bunu necə edəcəyinizi bilmirəm. artıq orasını da özünüz düşünün”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93