Silah-sursat anbarında PARTLAYIŞ – Şəhər əhalisi təxliyə edildi

24 İyun, 2019, 9:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib.

Hurriyyet.org report-a istinadən bildirir ki, iyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.

Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.

Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Türküstan vilayətində 15 təxliyə məntəqəsi fəaliyyət göstərir. Hadisə yerinə fövqəladə hallar qurumunun 52 əməkdaşı, 12 yanğınsöndürən avtomobili cəlb edilib. Bundan başqa 4 texnika, 23 nəfərdən ibarət kinoloq heyəti hadisə yerində fəaliyyət göstərir.

Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb.

Partlayışın səbəbi araşdırılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93