“Silk Vey Vest Aviaşirkəti”nin nizamnamə kapitalı kəskin azaldılıb

11

 

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 94 077 890 manat və yaxud 54,3% azaldılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 173 396 415 manatdan 79 318 525 manata endirilib.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.