Şimali Kipr prezidenti yazılı bəyanat verdi: “Kipr türkləri olaraq Azərbaycanı haqlı mübarizəsində dəstəkləyirik”

0

Hurriyyet.org xəbər verir ki, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Kipr türklərinin hər zaman Azərbaycanın haqlı mübarizəsinin tərəfdarı olduğunu bildirərək, döyüş bölgəsində həlak olan şəhidlərimizə rəhmət diləyib. Tatar deyib: “Ermənistan əvvəl-axır bu təcavüzkarlığının əvəzini ödəyəcəkdir”.

Prezident Ersin Tatarın yazılı açıqlamasında deyilir: “Şimali Kipr xalqı həmişə Azərbaycan xalqının haqlı mübarizəsini dəstəkləyib və dəstəkləyəcəkdir. Etdikləri əsla cavabsız qalmayacaq, Ermənistan əvvəl-axır bu təcavüzkarlığının cəzasını alacaqdır”.

O, Ermənistanın Qafqazda sülh və sabitliyi pozmaqda olduğunu, Qarabağı haqsız şəkildə işğal altında saxlamağa davam elədiyini, Ermənistanın son günlərdə Azərbaycana qarşı yeni hücumlar həyata keçirməsinin buna yeni bir sübut olduğunu bildirib.

Şimali Kipr prezidentinin açıqlamasında deyilir: “Lakin Azərbaycan dövləti ermənilərin hücumlarını boşa çıxara biləcək gücə malikdir və bu hücumları boşa çıxarmaqdadır”.

Hurriyyet.org