Salam, xoş gəlmisiniz.

Siyəzəndə mobil telefon və eynək oğrusu tutuldu

2018-02-14 14:18:12

Siyəzəndə mobil telefon və eynək oğrusu tutuldu

Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilən və bağlı qalan cinayətlərin açılması diqqət mərkəzindədir və bu istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan polis leytenantı Nizam Həmidovun Hurriyyet.org-a verdiyi məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.
Belə ki, Siyəzən rayon sakini ötən ilin sentyabr ayının 17-də RPŞ-nə müraciət edərək, ona məxsuz “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb.
Dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ İB cinayət işi açılıb, ibtidai istintaq davam etddirilir.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93