ƏƏSMN sistemində kadr yerdəyişməsi

16 Sentyabr, 2019, 12:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

DSMF-in direktor müavini Cavid Abdullayev nazirin müşaviri təyin edilib

“Hürriyyət”in əldə etdiyi bilgiyə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) sistemində növbəti kadr dəyişikliyi, daha doğrusu, kadr yerdəyişməsi baş verib. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF ) direktor müavini Cavid Abdullayev nazirin müşaviri görəvinə təyinat alıb. Yerdəyişmənin nədəni kimi Cavid Abdullayevin fond direktoru ilə “yola getməməsi” göstərilir.

Xatırladaq ki, nazirin yeni müşaviri fond direktorunun müavini olmazdan qabaq Səbail və Qaradağ rayonlarında DSMF-in rayon idarələrinin müdiri görəvində çalışıb. Cavid Abdullayev 1992-93-cü illərdə Azərbaycan Respublikası Milli (Mərkəzi) Bankının idarə heyətinin sədri olmuş , hazırda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru olan Cavanşir Abdullayevin və əvvəllər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru işləmiş, hazırda iqtisadiyyat nazirinin müavini olan Şirzad Abdullayevin qardaşıdır.

“Hürriyyət”


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93