SOCAR İran neftindən İMTİNA EDİR

7 İyun, 2019, 8:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki "Star" neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

Bu barədə "SOCAR Turkey Energy"nin rəhbəri Zaur Qəhrəmanov deyib. O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

"SOCAR Turkey Energy"nin rəhbərinin sözlərinə görə, bu günə qədər "Star" neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

"İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq".

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə "Star" neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93