ŞOK İDDİA! – ABŞ hərbçiləri geri çəkilir

27 May, 2020, 13:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərinə qədər Əfqanıstandakı bütün ABŞ hərbçilərini oradan çıxarmağı planlaşdırdığı və Müdafiə Nazirliyinin (Pentaqon) bu məsələ ilə bağlı tədbirlər hazırladığı iddia edilir.

“Nyu York Tayms” qəzetinin amerikalı mənbələrə istinad elədiyi xəbərdə Trampın hərbçilərin noyabr ayına qədər oradan çıxarılmasını istədiyi, lakin Pentaqonun bu işi daha yavaş və planlı şəkildə həyata keçirməyi təklif edəcəyi bildirilir.

Pentaqonun mətbuat katibi Conatan Hoffman jurnalistlərin suallarına cavab verərəkən, ABŞ-la “Taliban” arasındakı razılaşma əsasında, iyul ayına qədər Əfqanıstandakı hərbçilərin sayının 8 600 nəfərə qədər azaldılması planının davam elədiyini vurğulayıb.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93