Somalidə hərbi bazaya hücum: çoxlu sayda ölən və yaralananlar var

11

 

Somalinin paytaxtı Moqadişidə stadionun yaxınlığında yerləşən hərbi hissəyə edilən hücum nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə Somali ordusunun mayoru Abdullahi Mahmud bildirib.

Onun sözlərinə görə, partlayışa səbəb bomba yüklənmiş avtomobilin partlaması olub. Ölən və yaralananların hadisə yerindən daşındığı bildirilib./report.az/