SON DƏQİQƏ: ABŞ testin nəticələrini elan etdi – Koronavirus kabusu sona çatır

18 May, 2020, 20:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

İnsanlar üzərində ilk dəfə yeni növ koronavirus peyvəndini sınaqdan keçirən ABŞ-ın “Moderna” şirkəti nəticələr barədə məlumat yayıb.

İlk sınaqların uğurlu nəticələr verdiyi bildirilib. Məlumata görə, peyvənd 8 nəfərə tətbiq edilib. Peyvəndin 3 nəfər üzərində kiçik mənfi təsirləri olsa da, bu narahatedici səviyyədə deyil. Peyvəndin növbəti mərhələsi ilə bağlı testlərin yaxın günlərdə başlayacağı açıqlanıb. Bu məqsədlə yüzlərlə insanın sınaqlara qoşulacağı gözlənilir.

Bu sevindirici xəbərdən sonra Nyu-York birjasında bahalaşma müşahidə olunub. Birjanın qiymətlərində 700 bal artım olub.\\Redaktor


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93