SON DƏQİQƏ! “Tarqovıy” təcili boşaldıldı, giriş qadağan edildi +VİDEO

27 Mart, 2020, 16:52
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakının mərkəzi hesab olunan Nizami  küçəsinə giriş bağlanıb.

Bu gün günorta saatlarından etibarən polis əməkdaşları insanları şəhərin mərkəzindən kənarlaşdırıb. 

Əraziyə xeyli sayda  polis əməkdaşı cəlb olunub. Onlar insanları şəhərə çıxmamağa və evdə oturmağa  səsləyib.Daha sonra  xüsusi  geyimli şəxslər "Tarqovıy" küçəsini dezinfeksiya edib.

Əldə etdiyimiz məlumata görə, şəhərin mərkəzinə giriş tam məhdudlaşdırılacaq. 

Rəsmi məlumata görə, Azərbaycanda  bu gün 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hurriyyet.org Oxu24.com  saytına istinadla bütün oxucuları evdə qalmağa, Dövlətin qəbul etdiyi qərarlara riayət etməyə çağırır.

Ərazidən  videonu  təqdim edirik:

 

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93