Sosial yardımın təyin olunması ilə bağlı YENİLİK

19 May, 2020, 16:15
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində “qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilir.

Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93