“Sovetlər birliyinin zəruriliyi bayağı bir şəkildə təbliğ olunur” – NAMİZƏD SƏFƏROV

9 May, 2020, 14:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Bütün telekanallar bu ucuz təbliğat kompaniyasına kökləndirilib”

“İkinci Dünya müharibəsi də, Azərbaycan tarixinin bir hissəsidir. Heç kim bu dövrü  Azərbaycan tarixindən silə bilməz. Bu günlər bütün tərəqqipərvər bəşəriyyət faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. Keçmiş sovetlər birliyi ölkələrində bu tarix Böyük Vətən müharibəsində sovet xalqlarının faşist Almaniyası üzərində qələbəsi kimi xarakterizə olunaraq qeyd edilir. Bu da, tarixi faktdır. Lakin, bu gün Azərbaycanın hakim ictimai elitası və rəsmi kütləvi informasiya vasitələri tərəfindən bu tarix bizə, Sovetlər birliyinin zəruriliyi və Rusiya imperiyasının mənafeyi baxımından bayağı bir şəkildə təbliğ olunur”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər hüquqşünas Namizəd Səfərova məxsusdur.

“Torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən vətən övladlarının xatirəsi daim uca tutulmalıdır”

N. Səfərovun sözlərinə görə, bütün telekanallar bu ucuz təbliğat kompaniyasına kökləndirilib: “Halbuki, elə bu günlər Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Şuşa qalasının işğal günüdür. 75 il öncə baş vermiş tarixi hadisələr xatırlanmaqla yanaşı, 28 il öncə baş vermiş və Azərbaycan torpaqlarının işğalının əsasının qoyulduğu Şuşa şəhərinin işğalı tarixinin də, acı səhifələri vərəqləməli, xalqın qan yaddaşından silinməsinə imkan verilməməlidir. Torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən vətən övladlarının xatirəsi daim uca tutulmalı, unudulmamalıdır”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93