Salam, xoş gəlmisiniz.

“Srvena Zvezda” futbolçuları Çempionlar Liqasının qrupuna düşdükləri üçün Belqradı tankla gəziblər

2019-08-28 17:53:13

“Srvena Zvezda” futbolçuları Çempionlar Liqasının qrupuna düşdükləri üçün Belqradı tankla gəziblər

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Serbiyanın “Srvena Zvezda” klubunun azarkeşləri və futbolçuları bu uğuru qeyri-adi tərzdə bayram ediblər.

APA-nın məlumatına görə, pley-off mərhələsinin Belqradda keçirilən cavab oyunu başa çatdıqdan sonra stadiona SSRİ istehsalı olan T-55 tankı yaxınlaşıb.

Klubun rəmzləri ilə bəzənən tanka minən azarkeşlər şəhəri zirehli texnika ilə gəziblər. Bayram gəzintisinə sonradan futbolçular da qoşulublar.

Hadisə yerinə gələn polis əməkdaşları ətrafdakılar üçün təhlükənin olmadığını müəyyənləşdiriblər. Bu üzdən də asayiş keşikçiləri qrupa düşmək şənliklərinə mane olmayıblar.

UEFA dərhal hadisəyə münasibət bildirib. Qitə futbol qurumu bununla bağlı hər hansı cəzanın tətbiq olunmayacağını açıqlayıb. Bildirilir ki, klub müvafiq orqanların icazəsi ilə tankdan yararlanıb və uğurun qeyd olunması matçdan sonra gerçəkləşib və pley-offla bağlı deyil.

Qeyd edək ki, İsveçrənin “Yanq Boyz” klubu ilə hər iki matçda heç-heçə edən “Srvena Zvezda” səfərdə daha çox qol vurduğu üçün qrupa düşüb – 2:2, 1:1.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru