ÜST-DƏN ŞOK YENİLİK: koronavirusa qarşı 4 dərmanın testlərinə BAŞLANILIR

27 Mart, 2020, 19:21
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı 4 dərmanın testlərinə başlayır

Bütün dünya müsbət nəticə gözləyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qerbeyesus Cenevrədə keçirdiyi brifinqdə yaxın vaxtlarda Norveç və İspaniyada könüllülər üzərində dörd COVID-19 koronavirus dərmanının sınaqlarının başlayacağını söyləyib

O, ÜST-ün xüsusi proqramı əsasında aparılacaq bu sınaqlarla bağlı "Bu gün Norveçdə və İspaniyada dörd dərman və ya COVID-19-a qarşı dərman birləşmələrinin təhlükəsizliyini və effektivliyini müqayisə edəcək "həmrəylik testləri" proqramına ilk xəstələrin yazıldığını məmnunluqla elan edirik" deyib.

Onun sözlərinə görə, bu testlər bu və ya digər dərmanın effektivliyinə dair ciddi sübutları yoxlamağa kömək edəcək.

Həmrəylik Testləri proqramı ÜST tərəfindən 18 Martda dünyada COVID-19 üçün müxtəlif müalicə növləri haqqında məlumat mübadiləsi məqsədilə başlanıb. Bu, virusa qarşı müxtəlif dərmanların sınaqdan keçirilməsini və ən təsirli dərmanların müəyyən edilməsini əhatə edir. Argentina, Bəhreyn, Kanada, Fransa, İran, Norveç, Cənubi Afrika, İspaniya, İsveçrə və Tailand artıq müxtəlif müalicə metodlarının sınaqları haqqında məlumat mübadiləsinə qoşulub. Hazırda proqramda 45 ölkə iştirak edir. \\Ens.az

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93