“Sülh bulağı” planı Bərzanini təşvişə saldı! - TRAMPA MÜRACİƏT ETDİ

“Sülh bulağı” planı Bərzanini təşvişə saldı! - TRAMPA MÜRACİƏT ETDİ

Hurriyyet.org xəbər verir ki, Şimali İraq Muxtariyyətinin siyasi lideri Məsud Bərzani Türkiyənin Suriyanın şimalında YPG/PKK yaraqlılarına qarşı keçirməyə hazırlaşdığı əməliyyatla bağlı açıqlama verib, təşvişə düşdüyünü bildirib.

Bərzaninin sahibi olduğu “Rudav” saytında dərc edilən xəbərə görə, Məsud Bərzani öz “Tvitter” hesabında belə yazıb: “Küdistanın qərbindəki son hadisələr bizi çox narahat edir. Bir neçə kanalla əlaqə saxlayırıq və Rojava xalqının bəlaya tuş gəlməməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Məsud Bərzani Türkiyənin YPG/PKK terrorçularına qarşı əməliyyatı ilə bağlı ABŞ prezidenti Donald Trampın “Kürdlər bizimlə birlikdə döyüşdülər, amma qarşılığında pul və təchizat aldılar” yazdığı paylaşmasından da bəhs edib: “Cənab prezident, lütfən Kürdistan xalqının həmişə öz hüquqlarını qoruduğunu bilin. Peşmərgə İŞİD-i məğlub elədi və terrora qarşı koalisiyanın mühüm bir parçasıdır. Kürdlərin qanı pul və silahlardan çox bahadır. Təşəkkür edirəm”.

Hurriyyet.org