Suriya hökuməti PKK ilə masa arxasına keçdi

4

Hurriyyet.org xəbər verir ki, Rusiyanın təminatçılığı altında PYD terror təşkilatı ilə müzakirələr aparan Suriya hökumətinin Türkiyə Silahlı Qüvvələrinin mümkün əməliyyatından ehtiyat edərək, təşkilatdan kömək almağa çalışdığı iddia edilib.

Türkiyə Silahlı Qüvvələrinin ard-arda apardığı əməliyyatlarla böyük zərbə alan PKK/PYD terror təşkilatının daha çox zərbə almamaq üçün Əsəd hökuməti ilə Rusiyanın təminatçılığı ilə danışıqlara başladığı, Suriya iqtidarının terror təşkilatının əlindəki bölgələri geri istədiyi, idarəçilik, neft, qaz və güc paylaşması məsələsində vədlər verdiyi bildirilir. Məlumatı Ərbilin “Basnews”  mətbu orqanı verib. Məlumatda deyilir ki, PYD heyəti Rusiyanın nəzarəti altında Dəməşqə gedərək, rejim ilə bir sıra görüşlər keçirib. PKK terror təşkilatından olan Hacı Əhməd adlı şəxsin başçılıq elədiyi nümayəndə heyəti ilə Suriya tərəfi arasında qismən razılaşma əldə elədiyi irəli sürülüb.

 Dəməşqin tələbləri

İddiaya görə, danışıqlarda Dəməşq hökuməti Eyn əl Ərəb (Kobani) və Ayn İsaya əməliyyat hazırlığı apardığı irəli sürülən Türkiyə Silahlı Qüvvələrini dayandırmaq məqdəsilə terror təşkilatına bir sıra maddələr irəli sürüb. Suriyanın tələbləri arasında təşkilatın əlindəki bölgələrin geri qaytarılması, idarəçilik, neft, qaz və güc paylaşması məsələsində ortaqlıq, sərhəd məntəqələrindəki keçidlərə nəzarətdə Rusiyanın ixtiyar sahibi olması var. Türkiyə Silahlı Qüvvələrinin əməliyyatının qarşısına almaq üçün PYD və onun da daxil olduğu Suriya Demokratik Qüvvələrinin adı altında fəaliyyət göstərən təşkilatın ləğv edilməsi, sərhədlərin Suriya hökumətinə təhvil verilməsi də rejimin tələbləri arasındadır.

Hurriyyet.org