Sürücülərin DİQQƏTİNƏ: artıq kameralarda bu da izlənilir - FOTOFAKT

Sürücülərin DİQQƏTİNƏ: artıq kameralarda bu da izlənilir - FOTOFAKT

Təhlükəsizlik kəməri taxmayan sürücülər artıq kameralar vasitəsi ilə də izlənir.

Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, ötən gün Fətəli Xan Xoyski küçəsində kameraya düşən sürücü təhlükəsizlik kəməri taxmadığına görə 40 manat məbləğində cərimələnib.

Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.