Sürüşmə zonasında vəziyyət necədir? – RƏSMİ AÇIQLAMA

14 Yanvar, 2020, 7:55
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır”.

Bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmə ərazisində dəyişiklik yoxdur:

“Hər gün səhər saatlarında sürüşmə zonasına baş çəkirik. Hazırda parametrlərdə elə bir ciddi dəyişiklik hiss olunmur”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93