Bakıda karantin qaydalarını pozan daha iki kafe aşkarlandı, 7 nəfər saxlanıldı – FOTO

4

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb.

Hurriyyet.org-un məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, “Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Bakıda karantin qaydalarını pozan daha iki kafe aşkarlandı, 7 nəfər saxlanıldı (FOTO) - Gallery Image

Bakıda karantin qaydalarını pozan daha iki kafe aşkarlandı, 7 nəfər saxlanıldı (FOTO) - Gallery Image