“Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov

23 May, 2020, 20:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“İşğalçı Ermənistanın Şuşada təşkil etdiyi “inaqurasiya” oyunu daxili ictimai rəyə hesablanmış uğursuz addım idi. Bu təxribat beynəlxlaq səviyyədə heç bir rezonans doğurmadı. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “prezident seçkisi” əvvəldən də dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb və birmənalı şəkildə rədd olunub”.
Hurriyyet.org bildirir ki, bu sözləri Turkustan.info-ya açıqlamasında Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov söyləyib.
A.Məmmədov bildirib ki, “inaqurasiya”nın Şuşada keçirilməsi həm də Azərbaycan xalqının hissiyatı ilə oynamağa yönəlmişdi: “Azərbaycan xalqı və dövləti birmənalı bəyan edib ki, Şuşasız Azərbaycan yoxdur. Bu dəyişməz mövqeni yaxşı bilən ermənilər təxribatı Şuşada həyata keçirməklə xalqımızın əsəblərini tarıma çəkmək istədilər. Amma, bu cəhd əks effekt verdi. Azərbaycan xalqı və dövləti son günlərdə sərgilədiyi mövqe ilə nə Şuşanı, nə də işğal olunmuş digər rayonlarımızı heç zaman güzəşt etməyəcəyini birmənalı şəkildə ortaya qoydu. Bu təxribat eyni zamanda danışıqlar prosesini pozmağa yönəlib”.
Millət vəkilinin sözlərinə görə işğalçı Ermənistanın daxildə əhalinin diqqətini ağır sosial-iqtisadi böhrandan yayındırmaq üçün bu cür militarist addımlara əl atır: “Son aylarda pandemiya ilə bağlı yaranmış durum Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Təsəvvür edin, əhalisi Azərbaycan əhalisindən 3-4 dəfə az olan Ermənistanda hər gün koronavirusa yoluxanların sayı günü-gündən artır. Çünki, işğalçı ölkədə əhalinin tibbi müdafiəsi ilə bağlı hər hansı ciddi infrastruktur, sosial proqramlar yoxdur. Belə bir vaxtda Şuşada “inaqurasiya” səhnəsi quraşdırmaqla, erməni xalqının diqqətini sosial-iqtisadi böhrandan yayındırmaq cəhdi nəticə verməyəcək”.
A.Məmmədov bildirib ki, Azərbaycan xalqı Şuşanı və işğal altındakı bütün ərazilərimizi azad etməyə hər an hazırdır: “Son günlərdə Azərbaycan xalqının sərt təpkisi, bununla eyni vaxtda ordumuzun keçirdiyi təlimlər göstərdi ki, xalq-dövlət birliyi torpaqlarımızın azadlığının təminatıdır. Yaranan ilk tarixi fürsətdə Ali Baş Komandanın əmri ilə Ordumuz xalqın dəstəyi ilə torpaqlarımızı azad edəcək”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93