“Təbbəsüm Məmmədovanın ölçüləri üç dəfə böyümüşdü və…” – VİDEO

29 İyun, 2020, 14:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Atasının dediyinə görə, Təbbəsüm Məmmədovanın ölçüləri üç dəfə böyümüşdü və süni tənəffüs cihazından ayrılmamışdı. Məhkəmə təbabətinin kitabında buna meyit enfizeması deyilir. Həmin proses ölümdən 3-5 gün sonra baş verir. Süni tənəffüs cihazından ayırmamaq nə deməkdir?! Əgər ölmüş birini hər hansı bir məqsədlə cihazlardan çıxartmırlarsa, kommersiya məqsədi daşıyırsa… Mənim başqa sözüm yoxdur. Bu məsələ çox ciddi araşdırılmalıdır”.

Hurriyyet.org yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, tibb elmləri doktoru, professor Vüqar Məmmədov, “Bona Dea International Hospital” klinikasında 22 yaşlı Təbbəsüm Məmmədovanın ölümü ilə bağlı danışarkən deyib.

Vüqar Məmmədov bildirib ki, bu hadisəyə görə susub keçmək olmaz:

“Klinika çox güman ki, çürümə qoxusunun ətrafa yayılmasının qarşısını ala bilmədiyi üçün nəşi ailəsinə təhvil verib. Bu dözülməz bir haldır. Valideynlərin danışıqları, baş verənlər onu göstərir ki, klinikada insanlığa, mənəviyyata, hüquqa sığmayan hərəkətlər edilir”.

O, eyni zamanda məsələnin ciddi şəkildə araşdırılması üçün Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva, Baş prokuror Kamran Əliyevə müraciət edib.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin həkimləri Təbbəsüm Məmmədovanın xəstəliyinin son mərhələdə olduğunu desələr də, “Bona Dea International Hospital” xəstəxanası ümid işığının olduğunu deyib.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93