Tələbələr təqaüddən hansı halda məhrum ola bilər? – AÇIQLAMA

20 May, 2020, 13:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Akademik borcu olan tələbə sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməzsə, təqaüd almaqdan məhrum ediləcək.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərli bildirib.

Onun sözlərinə görə, hər hansı semestrin nəticəsinə əsasən, imtahanların sonunda təqaüd alanların siyahısı müəyyən edilirdi:

“Kimlər müsbət qiymət alıbsa, onlar təqaüd alanların siyahısına daxil edilirdi. İndi isə həmin siyahı imtahan sessiyasından sonra yox, sentyabrın 15-dək müəyyən ediləcək. Bu müddət ona görə sentyabrın 15-dək edilib ki, əgər hər hansı tələbə imtahan sessiyasında iştirak etməyibsə və təqaüdə iddialıdırsa, o, müraciəti əsasında icmal dərslərində iştirak edə bilər. Sonradan təkrar imtahanlarda iştirak edən tələbələr də həmin siyahıya daxil ediləcək. Ondan sonra onların müvəffəqiyyət göstəricisi əsasında qaydalar tərtib ediləcək. Kəsrini sentyabrın 15-dək verənlər təqaüd almaq üçün müsabiqədə iştirak edə bilər. Amma bu, o demək deyil ki, onlar təqaüd alacaqlar. Çünki təqaüd alma ilə bağlı say məhdudiyyəti var”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93