Tələbələrin davamiyyət limiti ləğv edildi

20 May, 2020, 13:48
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Əgər tələbə hər fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizini buraxırdısa, o, imtahana buraxılmırdı. Mövcud vəziyyət nəzərə alınaraq bu hədd aradan qaldırılıb”.

Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, artıq həmin həddin artırılıb-azaldılmasını təhsil müəsissəsi özü müəyyən edəcək.

Qeyd edək ki, bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93