Tərtərdə 82 yaşlı atasını incidən şəxs nazirliyi aldadıb, yoxsa – ATANIN ŞİKAYƏTİNDƏN

1
Tərtər rayonunda 82 yaşlı atasını döyməkdə, onu incitməkdə ittiham olunan Ekologiya işçisinin kimliyi tam aydın olub. Öz oğlundan şikayətçi düşən ata – İsmayılov Rüstəm Hüseyn oğlunun Tərtər rayon polis şöbəsindən Prezidentə şikayətində bəzi qaranlıq detallar gün işığına çıxır. 

Tərtər rayon sakini, 1939-cu il təvəllüdlü ali təhsilli həkim, hazırda pensiyada olan İsmayılov Rüstəm Hüseyn oğlu 22 iyun 2020-ci il tarixdə gecə saat 10:00 radələrində oğlu İsmayılov Pərviz tərəfindən vəşicəsinə döyülməsini iddia edərək baş verənlər barədə prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili  İşlər  Naziri Vilayət Eyvazova və aidiyyati dövlət məmurlarına ünvanladığı şikayət məktubunda yazıb ki, pensiyaya çıxdıqdan sonra, kənddə təsərrüfat işləri ilə məşğul olur.  6( altı) uşağı var – onlardan 4 (dördü) qız və 2 (ikisi) oğlandır. Övladlarıının hamısını oxudaraq ali təhsil verib. Beş övladı ailəlidir və hamısının özlərinin evləri olmaqla ayrı yaşayırlar.
Şikayətçi bildirir ki, balaca oğlu Pərviz İsmayılov subaydır və hələ də onun himayəsində yaşayır.
Pərviz İsmayılov Gəncə Humanitar Kollecini bitirib. Hərbi xidmətdə olanda da ata qayğısını hiss edib.
Ata yazır ki, onun üçün bütün zəhməti çəkib, ancaq o bir övlad kimi valideyninin zəhmətini dəyərləndirməyərək dəfələrlə onu gəlib evdə döyüb, söyüb, incidib.
Dəfələrlə Tərtər rayon Polis Şöbəsinə və Tərtər rayon Prokurorluğuna şikayətlər edən yaşlı atanın sözlərinə görə, hüquq  mühafizə orqanları şikayətinin araşdırılmasına laqeyid yanaşmaqla həmişə ata-oğulu barışdırmağa üstünlük veriblər.
Bundan isə heç bir ibrət dərsi götürməyən oğul sonda 22.06.2020-ci il tarixdə gecə saat 10:00-da evə gəlib dişli yaba sapı ilə atanı növbəti dəfə döyüb, ona xəsarətlər yetirib. Atanın iddiasına görə, həmin gün onun əlindən güclə çıxıb qonşuluqda yaşayan böyük oğlunun köməyinə sığınıb. Və döyülməsilə bağlı Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə şikayət edib, həkim ekspert komisiyasından keçdikdən sonra, Tərtər RPŞ-nin təhqiqat qrupunda Pərviz İsmayılov barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlayaraq baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib.

Atası hesab edir ki, Pərviz İsmayılovun AR CM-nin 128-ci  maddəsi ilə məsuliyyətə cəlb edilməsi yüngül cəzadır, çünki atasını döyüb ona ağır xəsarətlər yetirən adam gələcəkdə ölkəsinədə qarşı da xain çıxa bilər.
Zərərçəkmiş öz övladının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən ağır maddələri ilə məsuliyyətə cəlb edilərək islah olunmasını istəyir.
Bundan başqa, ata oğlu Pərviz İsmayılovun əmək fəaliyyətinə diqqət çəkərək onun 2012 -ci ildə Tərtər rayon UGİM-də öz işində səhlənkarlığa yol verdiyi üçün Əmək Məcəlləsinin “70ç” bəndi ilə işdən qovulmasını da yada salır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcəbədi Regional idarəsində “Reger” vəzifəsinə işə düzələndə nöqsanlı əmək kitabçasını gizlətdiyini iddia edir. Anket məlumatında əvvəlki iş yerini ümumiyyətlə göstərmədiyini bildirir.
Bununla yanaşı, atanın sadaladığına görə, Pərviz İsmayılov dövləti qanunlarımızı saymadan səkkiz nəfər ailə üzvünə məxsus Tərtər rayon Aqrar İslahat Komisiyası tərəfindən 2001-ci il tarixdə verilən 4.22 ha torpaq sahəsinin 50 sotuna heç bir aidiyyati dövlət qurumlarının icazəsi olmadan  qum-çınqıl tökərək yararsız hala salmaqla özünə avtodayanacaq inşa etmişdir. Həmin pay torpağı isə Tərtərin Sarov kəndindəki “N” saylı Hərbi Hissənin qonşuluğunda olmaqla, daha çox hərbçi maşınlarının, HH-yə gələn digər qonaq maşınların park edilməsinə şərait yaradır.

Atanın sözlərinə görə, hər gün həmin yerdə avtomaşınlar saxlamaqla xeyli miqdarda stayanka pulları alan Pərviz bir manat da olsun vergi və dövlət sosial müdafiə fonduna pul ödəməyibdir. Bu isə aşkar özbaşınalıqdır.
Övladının hərəkətlərinə dözməyən ata şikayətinin xüsusi nəzarətə götürülməklə araşdırılmasını, oğlunun ciddi cəza almasını istəyir.

Atanın dediklərinə hüquqi qiymətin verilməsi bizim işimiz olmasa da, onun şikayətində önəmli olan mühüm bir fakt diqqət çəkir.
Axı, necə ola bilər ki, adıçəkilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcəbədi Regional idarəsində “Reger” vəzifəsinə işə düzələrkən asanlıqla işəgötürəni aldada bilib? Necə olub ki, Pərviz İsmayılovun əmək kitabçasında olan 70″Ç” qeydi kimsənin diqqətini çəkməyib?
Şəkildəki: Pərviz İsmayılovdur
Dünən saytımızla telefon əlaqəsi quran Pərviz İsmayılov yazılanlara cavabında ittihamları rədd edib və bildirib ki, bu ona qarşı qardaşı və rayonun rəhbərləri tərəfindən atılan iftiradır. Qardaşı Tərtərin Sarov kəndində məktəb direktorudur və guya o yuxarılardan kiminsə sifarişi ilə ona qarşı belə bir oyunlar qurub ki, Tərtər TŞ-nin müdiri Yaşar Hüseynovun tapşırıqlarını yerinə yetirsin.
P.İsmayılovun məsələyə şəxsi münasibətindən aydın olur ki, Yaşar Hüseynov və qardaşı çirkin niyyətlə onu doğma atası ilə üz-üzə qoyurlar. Və iddia edir ki, belə ssenarinin qurulmasının birbaşa sifarişçisi Tərtərin icra başçısı Müstəqim Məmmədovun özüdür.
Bəs, icra başçısının belə bir gözdənsalma olayı təşkil etməsində marağının nə ola biləcəyinə aydınlıq gətirməyən ekologiya işçisi də baş verənlərin heç bir mənəvi dəyərlə bir araya sığışmadığını yaxşı anlayır.
Pərviz İsmayılov 2012-ci ildə işindən ƏM-nin 70 “ç” maddəsilə qovulması barədə arayışa da aydınlıq gətirməyə çalışıb. O israrla bildirib ki, təqdim edilən arayış da saxtalaşdırılıb, o işlədiyi dövrdə heç vaxt nöqsana yol verməyib, həmin ildə də öz ərizəsilə işdən çıxıb.
Atasının özü barəsində dediyi digər iddiaları da yalan adlandıran şəxsin söylədiyinə görə, icra başçısı ondan bu cür yollarla qisas alır və öz məqsədinə nail olmaq üçün onu ailə üzvləri ilə qarşı-qarşıya qoyur. Atasının bədənindəki xəsarət və sıyrıqlara gəlincə isə, bunu onun bağda işləyərkən kol-kosda ola biləcəyini deyib.
Təəssüf ki, P.İsmayılov dediklərinə heç bir fakt və rəsmi dəlil əlavə etmir ki, belə olduqda mövqeyinin təbii özünümüdafiədən başqa bir şeyə oxşamır…

Demokratik.Az şikayətçi atanın videoşikayətini də təqdim edir.

Videoistinad: (dünyanınsəsi.az)
Demokratik.Az