Tərtərdə iki nəfəri bıçaqlayan şəxs tutuldu

5 İyun, 2020, 13:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Tərtərdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumatına görə, iyunun 4-də Tərtər rayonu ərazisində Bərdə şəhər sakini R.Cəmillinin xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93