Salam, xoş gəlmisiniz.

Taliban ABŞ-ın hərbi təyyarəsini vurub?

2020-01-28 15:13:00

Taliban ABŞ-ın hərbi təyyarəsini vurub?

Hurriyyet.org xəbər verir ki, dünən Əfqanıstanda qəzaya uğradığı iddia edilən təyyarə ilə bağlı mətbuatda ziddiyyətli məlumatlar yayılmışdı. “Röyters” agentliyi Talibanın təyyarənin vurulmasının məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdi. Talibanın açıqlamasında ABŞ hərbi heyətini aparan təyyarənin Əfqanıstanın Qəznə bölgəsində vurulduğunu, təyyarənin içərisində yüksək vəzifəli hərbçilər də daxil olmaqla, sağ qalanın olmadığı iddia edilib.

Hava yolları şirkəti təkzib eləmişdi

Dünən günorta saatlarında Əfqanıstanda Qəndəhar şəhərindən Kabula gedən və Əfqan Airana Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qəzni vilayətindəki Deh Yak bölgəsində dağlıq əraziyə düşdüyü xəbəri yayılmışdı. Hava yolları şirkəti isə açıqlama verərək sərnişin təyyarəsinin qəzaya uğradığı xəbərini təkzib eləmişdi.

Bütün bu xəbərlərdən sonra ABŞ-ın verdiyi açıqlamada deyilir: “Qəzaya uğrayan təyyarə kiçik bir Amerika hərbi təyyarəsi idi”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93