Tanınmış məşqçidə qan xərçəngi aşkarlandı: İşimdən ayrılmayacam

13 İyul, 2019, 21:38
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Məşhur serbiyalı məşqçi Sinişa Mixayloviç qan xərçəngi ilə mübarizə aparır.

TASS xəbər verir ki, bu barədə mütəxəssis özü xüsusi mətbuat konfransında açıqlama verib.

“Bəzi müayinələrdən keçdim və məndə qan xərçəngi aşkarlandı. Bu xəbəri eşidəndən sonra günlərlə ağladım. Amma qorxmadım. Ağır xəstəliklə sonuna qədər mübarizə aparacam. Əminəm ki, ailəmin, dostlarımın və futbolun xatirinə ona qalib gələcəm”, – deyə S.Mixayloviç bildirib.

O, həmçinin müalicə aldığı müddətdə “Boloniya”dakı işindən ayrılmayacağını deyib.

Qeyd edək ki, karyerası ərzində “Srvena Zvezda”, “Roma”, “Sampdoriya”, “Latsio” və “İnter” kimi klubların şərəfini qorumuş keçmiş müdafiəçi məşqçi kimi “Milan”, “Fiorentina”, “Kataniya”, “Torino” kimi komandalarda işləyib.\\Oxu


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93