“Tarix səhvləri bağışlamır” – Qubad İbadoğludan SƏRT MESAJ

3

“Pandemiyaya görə gecikdirilən növbədənkənar prezident seçkilərində əsas namizədə “süni” alternativlərin formalaşdırılmasına start verilib. Təəssüflə qeyd etmək istəyirəm ki, onlar arasında vətəndaş cəmiyyətindən və mətbuatdan olan yeni libaslı həmkarlarımızın da adı hallanır”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Tarix səhvləri bağışlamır”

“Belələrinə xitabən bildirmək istəyirəm ki, unutmasınlar ki, bu gün baş verən hadisələr bir neçə ildən sonra artıq tarixə çevrilir. Tarix isə  səhvləri bağışlamır. Odur ki,  bu gün  atılan hər addımın gələcəkdə yaradacağı məsuliyyət hissini unutmayın, xanımlar və cənablar!”,-deyə iqtisadçı alim əlavə edib.

Şamo EMİN, Hurriyyet.org