Tayvan raketləri Çin hərbi təyyarələrinə tuşlandı

12

 

Hurriyyet.org xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyi ölkənin hava məkanına daxil olan hərbi təyyarələrə müdaxilə edərək onları hədəfə alıb.

ABŞ-la Tayvan arasındakı silah müqaviləsindən çonra Çinlə  Tayvan arasındakı gərginlik getdikcə artmaqdadır.

Tayvanın Müdafiə Nazirliyinin açıqlamasına görə, qısa müddət ərzində Tayvanın hava məkanını pozan bir neçə Çin hərbi təyyarəsi Tayvan boğazını keçdikdən sonra hava hücumundan müdafiə sistemləri tərəfindən təqib edilib.

Son dövrdə müstəqil ölkə olmaq niyyətini daha ucadan bəyan Tayvan ABŞ tərəfindən dəstəklənir.