Tbilisinin sabiq meri həbs edildi – YENİLƏNİB

10 Fevral, 2020, 20:28
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Tbilsinin keçmiş meri, müxalif Avropalı Gürüstan Partiyasının liderlərindən biri Gigi Uqulava polisə təslim olub.

Müxalif siyasətçi özü Gürcüstan Dаxili İşlər Nаzirliyinə (DİN) gəlib.

G.Uqulava DİN-nin binasına daxil olmazdan əvvəl tərəfdarları ilə sağollaşıb. O, mübarizəni davam etdirəcəyini bildirib.

Sabiq mer tezliklə Matrosovlar adlandırılan həbsxanaya aparılacaq.


***20:35

Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava üç il iki ay müddətinə həbs olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Аli Məhkəməsi qərar qəbul edib.

Sabiq mer 2009-2010-cu illərdə 48 milyon lari (təxminən 16 milyon dollar) vəsaitin israf edilməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilinib.

G.Uqulava məhkəmənin qərarını siyasi qərar adlandırıb. O, hüquq-mühafizə orqanları əməkdaşlarını Avropalı Gürcüstan Partiyasının ofisində gözləyəcəyini və həbsxanaya getməyə hazır olduğunu deyib.

Müxalifətçinin bu günün sonuna qədər həbs olunacağı gözlənilir.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi G.Uqulavanı 2015-ci ilin sentyabrında vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə dörd il altı ay müddətinə azadlıqdan məhrum edib. 2018-ci ilin fevralında məhkəmənin qərarı ilə müxalifətçi bir il üç ay müddətinə həbs edilib. Lakin o zaman G.Uqulava digər cinayət işi üzrə 1 il 3 ay 22 gün həbs cəzası çəkdiyindən həbsxanaya göndərilməyib.

Gürcüstanın Baş Prokurorluğu keçmiş merlə bağlı cinayət işini seçki islahatları tələbi ilə müxalifətin keçirdiyi etiraz aksiyalarından sonra bərpa edib. \\Report


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93