Salam, xoş gəlmisiniz.

Teatr 11 gün ərzində gör, nələr edəcək

2017-04-18 13:46:32

Teatr 11 gün ərzində gör, nələr edəcək

Üç qostrol, bir festival...

Qısa müddətdə iki yeni tamaşa təhvil verən, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrını yenicə yola salan Dövlət Gənc Tamaşaçılar Teatrı hazırda özü səfərə hazırlaşır.

Teatrdan Hurriyyet.org-a verilən məlumata görə, 3 ayrı-ayrı xarici teatr rəhbərləri ilə imzalanmış qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq aprel ayının 19-dan 30-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq.  Səfər çərçivəsində  gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Qastrol çərçivəsində ADGTT-nın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun Gürcüstan və Rusiya ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşü də baş tutacaq.

Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin may ayının 5-7 tarixlərində Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.Axmatovanın “Сказка о золотом скакуне”, 19-21 may tarixlərində isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar  Teatrı L.Titova və A.Starotorjskiyin “Королевская корова” tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq Bakı tamaşaçılarını sevindirəcəklər.

Aprel ayının 20-dən – 27-dək isə teatrın başqa bir qrup üzvü daha bir Beynəlxalq Teatr Festivalında iştirak edəcək. İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə Rusiya Federasiyasının Kineşma (İvanov vilayəti) şəhərində keçiriləcək “Hərarətli ürək” klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə ölkəmiz təmsil olunacaq.

Məlumat üçün bildirək ki, teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynovun ifasındakı tamaşa artıq bir neçə beynəlxalq teatr festivalında uğurla iştirak edərək xüsusi diplom və mükafatlara layiq görülüb.

Altunay, Hurriyyet.org

““““ 

““ 

““ 

““  
 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93