TƏBİB-dən Respublika Xəstəxanasında bəzi şöbələrin bağlanmasına REAKSİYA

4

“Hazırda həkim qruplarımız bütün xəstəxanalarda baxış keçirir ”.

Hurriyyet.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bu baxışlarla bağlı hansısa xəstəxanada dezinfeksiya işinin aparılması, hansısa şöbənin boşaldılması normaldır: “Respublika Klinik Xəstəxanasına müxtəlif rayonlardan xəstələr daxil olur. Bunun üçün xəstəxanada hansısa şöbələr müvəqqəti bağlanmalı, dezinfeksiya işləri mərhələ-mərhələ aparılmalıdır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu günə qədər xüsusi pandemiya xəstəxanalarında yoluxma olmayıb, adi rejimdə işini davam etdirən xəstəxanalarda olub: “Respublika Klinik Xəstəxanasında adi profilaktik tədbirlər aparılır”./modern.az/